Belçikanın paytaxtı Brüsseldə baş verən terror hadisələrindən sonra ölkənin daxili işlər naziri Yan Yambon 3 günlük matəm elan olunduğunu açıqlayıb. Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, bu gündən ölkə ərazisində bütün dövlət bayraqları endirilib. Vətəndaşlar Brüsselin mərkəzi meydanlarında anım mərasimi təşkil ediblər.
Belçika ilə yanaşı digər Avropa ölkələrində, o cümlədən Fransa və Almaniyada da terror qurbanları anılır.
Martın 22-i Belçikanın paytaxtı Brüsseldə, Zaventem hava limanında və “Maelbeek” metro stansiyasında baş verən partlayışlar nəticəsində 34 nəfər ölüb, 230 nəfər yaralanıb.
Gülşən RAUFQIZI