Modern.az

Fransa aeroportunda təxliyyə işləri aparılır

Fransa aeroportunda təxliyyə işləri aparılır

23 Mart 2016, 12:48


Fransanın Tuluza şəhərindəki aeroportda təxliyyə işləri aparılır. Modern.az saytının xarici KİV-ə istinadən verdiyi xəbərə görə, təxliyyə işləri təhlükəsizlik səbəbilə həyata keçirilir.

Məlumatda uçuşların saat 14:00-a kimi təxirə salındığı, hüquq mühafizə orqanlarının terminalda bomba axtarışları apardığı qeyd edilir.

Martın 22-də Brüsseldə baş verən terror aktları Avropa ölkələrini də terror təhlükəsi qarşısında qoyub.

Gülşən RAUFQIZI

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?