Bu gün yerli vaxtla 20:23-də (Bakı vaxtı ilə 21:23-də) Mərmərə dənizində 3,5 bal gücündə zəlzələ qeydə alınıb. Modern.az saytı Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə İstanbulun Kandilli seysmologiya mərkəzinin məlumatında deyilir.
Zəlzələnin ocağı 16,1 kilometr dərinlikdə yerləşib.
Yeraltı təkanlar Tekirdağ vilayətində hiss olunub.
Modern.az