Modern.az

TQDK məzunları aşağı bal toplayan rayonların adlarını açıqladı - SİYAHI

TQDK məzunları aşağı bal toplayan rayonların adlarını açıqladı - SİYAHI

Təhsil

29 Mart 2016, 16:15


2015-ci ildə ümumtəhsil müəssisələrinin 88366 məzunu olub. Son 11 ildə məzunların sayı 34742 nəfər azalıb. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə, son 11 ildə məzunların sayı 28.22% azalıb.

Məlumatda qeyd eidlib ki, 2015-ci ildə sənəd verənlərin 66.04%-ni ötənilki məzunlar təşkil edib. Müqayisə üçün bildirək ki, 2010-cu ildə ali təhsil müəssisələrinə sənəd verənlər arasında həmin ilin məzunlarının nisbi payı 55.63%, 2011-ci ildə 58.39, 2012-ci ildə 58.84, 2013-cü ildə 60.66 və 2014-cü ildə 64.05% olub. Ali təhsil müəssisələrinə qəbul üçün ayrılmış yerlərin 31.24%-i I, 30.06%-i II, 24.55%-i III, 8.08%-i IV, 6.06%-i isə V qrupun payına düşür. Ötən illə müqayisədə plan yerləri I qrupda 0.67, II qrupda 4.56, III qrupda 4.13, V qrupda 5.04%-i artıb, IV qrupda isə 0.41% azalıb.

Qeyd olunub ki, ötən il “2” qiymət alanların faizi nisbətən azalıb, “3”, “4” və “5” qiymət alanların faizi artıb. Təbii ki, qəbul imtahanlarında iştirak edən abituriyentlərin topladıqları balların paylanması strukturunda və qəbul planında baş verən dəyişikliklər qəbul olan abituriyentlərin ballarının paylanmasında da öz əksini tapıb. Ali məktəblərə qəbul olanların 34.1%-ni “3”, 45.6%-ni “4”, 19.6%-ni isə “5” qiymət alanlar təşkil edib. 2014-cü il bu göstəricilər, uyğun olaraq, 29.9%, 40.2%, 15.5% olub.

Attestatda bütün qiymətləri “5” olan abituriyentlərlə bütün qiymətləri “3” olan abituriyentlərin imtahan balları müqayisə edilib. Tam orta məktəbi bütün fənlərdən “3” qiymətlə başa vuran məzunların 97.02%-nin qəbul imtahanlarındakı nəticələri də çox zəif - 0–200 bal intervalında olub. “5” qiymətlə bitirən məzunların isə yalnız 48.46%-i attestat qiymətlərini doğrulda bilib. Bu da məktəblərdə verilən aşağı qiymətlərin obyektiv olduğunu, yüksək qiymətlərin isə nisbətən şişirdildiyini göstərir.

2015-ci ildə keçirilən I–IV ixtisas qrupları üzrə qəbul imtahanlarında abituriyentlərin 59.3%-i 200-dən az bal toplayıb. Ötən il abituriyentlərin 59.3 faizi imtahandan “2”, 15.2%-i “3”, 17.8%-i “4”, 7.6%-i isə “5” qiymət alıb. 2014-cü ildə isə bu göstəricilər, uyğun olaraq, 64.7%, 13.6%, 15.7%, 6.0% olub.

V ixtisas qrupu üzrə imtahanlarda toplanılması mümkün olan maksimal bal 90-dır. Bu qrup üzrə qəbul (buraxılış) imtahanlarında iştirak edən abituriyentlərin 9.4%-nin topladığı bal 20-dən aşağıdır. Nəzərə alsaq ki, buraxılış imtahanlarında doğru cavabların sayı ana dili və riyaziyyat fənlərindən 8-dən, xarici dil fənni üzrə 6-dan az olduqda qiymət “2” hesab olunur, bu halda qəbul olan abituriyentlər seçməsində “2” qiymət alanlar yoxdur. Qəbul imtahanlarında iştirak edənlərin əksəriyyətinin imtahan nəticəsi (30–40) bal diapazonunda yerləşdiyi halda, qəbul olan abituriyentlərin nəticəsi əsasən (50–60) bal diapazonunda yerləşir. 

k, zı, su, Astara, Lerik,Xocalı, Xaçmaz, daş, Sabirabad, Yardımlı, Quba, Şəmkir Goranboy rayonlarının cari il məzunlarını təmsil edən abituriyentlərin 40%-dən çoxunun qəbul imtahanlarında topladığı bal 100-dən aşağı olub".

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?