
Azərbaycanda aktiv siyasi fəaliyyətdən kənarda qalan, seçkilərə qatılmayan partiyaların qeydiyyatının ləğvi ilə bağlı Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bir müddət öncə məlumat vermişdi.
Deputat qanun layihəsi barədə Modern.az saytına növbəti açıqlamasında bildirib ki, sənəd üzərində ciddi işlər gedir.
“Qanun layihəsinin üzərində ciddi iş gedir. İşlənilib qurtardıqdan sonra mətbuata, ictimaiyyətə geniş açıqlama veriləcək”.
Komitə sədri bildirib ki, bir sıra müvafiq strukturlarla razılaşdırıldıqdan sonra sözügedən qanun layihəsinin adı barədə məlumat veriləcək.
“Layihə tam detalı ilə hazırlanandan sonra, onun nə zaman müzakirəyə çıxarılacağı və adı haqqında açıqlama ilə çıxış edəcəyik”.
Qeyd edək ki, Siyavuş Novruzov bundan əvvəlki açıqlamalarının birində iki il müddətində fəaliyyət göstərməyən partiyaların bağlanmasının qanun layihəsində nəzərdə tutulduğunu bildirmişdi.
Aqşin Kərimov