Modern.az

Fuad Muradov Milli Məclisdə qəbul keçirib

Fuad Muradov Milli Məclisdə qəbul keçirib

Təhsil

29 Mart 2016, 17:23

Milli Məclisin Gənclər və idman komitəsinin sədri Fuad Muradov parlamentdə Komitəyə müraciət etmiş seçicilərlə  görüşüb. Müraciət edən şəxsləri ayrı-ayrılıqda qəbul edən Komitə sədri onların problemlərini dinləyib. F.Muradova ünvanlanan müraciətlər arasında əsasən iş, mənzil, qeydiyyat, sənədləşmə, sosial məsələlər, idman  sahəsi üstünlük təşkil edib.

Problemləri və təklifləri  dinləyən Komitə sədri bir sıra məsələləri yerindəcə həll edib. Müraciət etmiş digər seçicilərdən isə aidiyyəti orqanlara yönləndirilməsi üçün ərizə və şikayət məktubları götürülüb. Bütün müraciətlərin nəzarətdə saxlanılacağı və həllinə köməklik göstəriləcəyi bildirilib.










Modern.az

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?