Modern.az

Barak Obama prezidentlikdən sonrakı planlarından danışıb

Barak Obama prezidentlikdən sonrakı planlarından danışıb

29 Mart 2016, 18:00


ABŞ prezidenti Barak Obama 2017-ci ilin yanvarında başa çatacaq səlahiyyət müddətindən sonra Vaşinqtonda qalacağını deyib.

Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, prezident Vaşinqtonda bir neçə il qalmağı planlaşdırır.

“Biz hələ qərar verməmişik. Vaşinqtonda bir neçə il qalacağıq ki, kiçik qızım Saşa məktəbi bitirə bilsin”.

Obama anadan olduğu Havay adalarını “doğma evi” adlandırıb və həyatının 30 ilini yaşadığı Çikaqonu isə “ikinci evi” adlandırıb.

Vüqar İsmayılov

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?