Modern.az

Dövlət Sərhəd Xidmətinin 4 generalı “vuruldu”

Dövlət Sərhəd Xidmətinin 4 generalı “vuruldu”

29 Mart 2016, 21:27

 

Azərbaycan Dövlət Sərhəd Xidmətində ciddi qanun pozuntuları aşkarlanıb. Modern.az saytı aznews.az-a istinadən xəbər verir ki, son bir neçə gün ərzində, Dövlət Sərhəd Xidmətində (DSX) yoxlamalar aparılıb. Yoxlamalar zamanı qurumda ciddi qanun pozuntularına yol verildiyi məlum olub.  

Məlumata görə, yoxlamalardan sonra Dövlət Sərhəd Xidmətinin 4 generalı sərəncama götürülüb. Onlar İlham Mehdiyev, Ehram Hacıyev, Cavid Qurbanov və kadrlar şöbəsinin rəisi Elçin İbrahimovdur.  

Onu da bildirək ki, qanun pozuntuları ila bağlı DSX-də təşviş yaranıb. Xidmət rəisi Elçin Quliyevin daha bir neçə nəfəri işdən çıxaracağı gözlənilir.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?