Modern.az

İŞİD-ə qoşulan Belçika vətəndaşlarının sayı AÇIQLANDI

İŞİD-ə qoşulan Belçika vətəndaşlarının sayı AÇIQLANDI

Təhsil

30 Mart 2016, 16:14



Belçikanın Daxili İşlər Nazirliyi İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasına qoşulmaq üçün Suriyaya gedən bu ölkədə yaşayan islamçıların sayını açıqlayıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, 386 belçikalı İŞİD-in Suriyada ələ keçirdiyi ərazilərə gedib.

Polisdən bildirilib ki, daha 59 nəfər Suriyaya getməyə cəhd göstərsə də, müxtəlif səbəblərdən buna nail ola bilməyiblər.

Bundan əvvəl Almaniyanın cinayət işləri üzrə federal idarəsi bu ölkənin 800-dən çox vətəndaşının İŞİD və digər terror qruplaşmalarının tərkibində vuruşmaq üçün İraq və Suriyaya getdiyi haqda məlumat yayıb.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?