Modern.az

Mavilərin toy etməsinə icazə verməyən otel cərimələndi

 Mavilərin toy etməsinə icazə verməyən otel cərimələndi

30 Mart 2016, 20:56

 

ABŞ-ın İllinoys ştatında mavilərin toyunun keçiriləməsindən imtina edən  otel 80 min dollardan çox cərimələnib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, TimberCreek Bed & Breakfast mehmanxanasına qarşı bu qərarı statin insan haqları üzrə komissiyası qəbul edib. Todd və Mark Uoten 2011-ci ildə eynicinslilərin vətəndaş nikahı mərasiminin keçirilməsi üçün həmin otelə müraciət ediblər. otelin sahibi Cim Uolder cütlüyə “yox” deyib.

İndi həmin imtina səbəbindən evlənənlərin hər birinə mənəvi ziyana görə 15 min dollar kompensasiya ödənilməlidir. Bundan əlavə, otel mütləq hüquqşünasların xidmətinin əvəzini və digər xərcləri də verməlidir.

Beləliklə, ümumi məbləğ 80 min dollardan çox edir. ABŞ-da eynicinslilərin nikahı 2015-ci ilin iyun ayından leqallaşdırılıb.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?