Modern.az

İlham Əliyev Kerri ilə görüşdü

 İlham Əliyev Kerri ilə görüşdü

Təhsil

30 Mart 2016, 23:13

 

Vaşinqtonda Azərbaycan prezidenti ilə ABŞ dövlət katibi Con Kerri arasında görüş başlayıb. Modern.az saytı anspress-ə istinadən xəbər verir ki, prezident İlham Əliyevlə Con Kerri görüşdən sonra açıqlama veriblər.

Kerri prezident İlham Əliyevi ABŞ-a səfər etdiyinə görə çox şad olduğunu deyib.

O bildirib ki, İlham Əliyevlə görüşü zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli barədə də müzakirələr aparıb.

Dövlət katibi deyib ki, ABŞ münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır. Kerri həmçinin qeyd edib ki, regionda Azərbaycanın iqtisadi imkanları çox genişdir və Vaşinqton Bakı ilə əməkdaşlıqda maraqlıdır.  

Preizdent İlham Əliyev isə Nüvə Təhlükəsizliyi sammitinə dəvət edildiyinə görə ABŞ prezidenti Barak Obamaya təşəkkür edib.  

Prezident deyib ki, ABŞ-Azərbaycan münasibətləri uzun zamandır – 25 ildir ki, davam edir və münasibətlər səmimi şəkildə inkişaf edir. Dövlət başçısı bildirib ki, iki ölkə arasındakı münasibətlər strateji əhəmiyyət daşıyır.          

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?