Avropada daha bir həmvətənimizin üzərində zorakılıq əlamətləri olan meyiti aşkarlanıb. Modern.az saytı aznews.az-a istinadən xəbər verir ki, Almaniyanin Düseldorf şəhəri yaxınlığında yaşayan, 16.06.1969-cu ildə Ermənistanda doğulmuş İsmayılov Muradbəy Məmməd oğlunun yaşadığı mənzildən meyiti tapılıb. Meyitin çənə ve boğaz nahiyyəsində zorakılıq əlamətləri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Məlumata gorə mərhum 3 ildir ki Almaniyada yaşayırmış. Ermənistandan köçkün düşəndən sonra Mingəçevirdə yaşadığı bildirilir.
Modern.az