Modern.az

”Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var” - Con Kerri

”Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var” - Con Kerri

Təhsil

31 Mart 2016, 00:40

 

“Azərbaycan prezidenti İlham Əliyevi ABŞ-da salamlamaqdan məmnunluq duyuruq. Bizim hazırda üzərində işlədiyimiz çox sayda ümumi maraqlarımız var”.

Modern.az APA-ya istinadən xəbər verir ki, bu sözləri ABŞ Dövlət katibi Con Kerri Azərbaycan prezidenti İlham Əliyevlə keçirdiyi press-brifinqdə deyib.

O, Azərbaycana Əfqanıstandakı sülhməramlı səylərə verdiyi töhfəyə görə minnətdarlığını bildirib: “Məlumdur ki, Azərbaycan hazırda mürəkkəb regionda yerləşir.

Biz Azərbaycanın həyata keçirdiyi “Cənub Qaz Dəhlizinə” dəstəyimizi bildirmişik. Bu Avropanın uzunmüddətli strateji maraqları baxımından, o cümlədən enerji resurslarının diversifikasiyası baxımından çox böyük addımdır”.  

O görüşdə terrorizmə qarşı mübarizə və Dağlıq Qarabağ münaqişənin sülh yolu ilə həlli məsələsini müzakirə etdiklərini bildirib: “Hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllinə ehtiyac var”.  

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?