Modern.az

Prezident konqresmenlərin suallarını CAVABLANDIRDI

Prezident  konqresmenlərin suallarını CAVABLANDIRDI

Təhsil

31 Mart 2016, 09:34

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 30-da Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb.

Modern.az xəbər verir ki, görüşdə Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıldı, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirildi. ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edildi.

Prezident İlham Əliyev son illərdə Azərbaycanın uğurlu inkişafı haqqında danışdı.

Söhbət zamanı “Cənub Qaz Dəhlizi” layihəsi ilə bağlı geniş fikir mübadiləsi aparıldı.

Sonra dövlət başçısı konqresmenlərin suallarını cavablandırdı.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?