Modern.az

XİN Somalidəki terrorda ölən azərbaycanlının kimliyini araşdırır

XİN Somalidəki terrorda ölən azərbaycanlının kimliyini araşdırır

Təhsil

31 Mart 2016, 09:49

 

Rəsmi Bakı Somalinin paytaxtı Moqadişoda martın 30-da baş vermiş hadisə ilə bağlı araşdırma aparır.

Bu barədə Modern.az-a Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Türkiyə Xarici İşlər Nazirliyi tərəfindən Somalinin paytaxtı Moqadişoda 30 mart tarixində içərisində Türkiyə və Azərbaycan vətəndaşlarının da olduğu nəqliyyat vasitəsinə silahlı hücum edildiyi və hücum nəticəsində həlak olanlar arasında bir nəfər Azərbaycan Respublikası vətəndaşının olduğu barəsində məlumat verilib".

XİN rəsmisi deyib ki, Azərbaycanın Ankaradakı səfirliyi həlak olan Azərbaycan vətəndaşının kimliyinin müəyyən edilməsi və digər zəruri tədbirlərin görülməsi üçün Türkiyə XİN-i və digər aidiyyəti dövlət təşkilatları ilə təmasdadır:

"Biz də həlak olanların ailələrinə dərin hüznlə baş sağlığı veririk".  

Qeyd edək ki, Somalinin paytaxtı Moqadişoda məktəb avtobusuna edilən hücum nəticəsində hər ölkədən bir nəfər olmaqla Azərbaycan, Türkiyə və Somali vətəndaşları həlak olub, yaralılar da var.    

Modern.az


Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?