
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hərbçilər tərəfindən hərbi çevriliş hazırlanması barədə bir müddət öncə KİV-lər tərəfindən yayılmış informasiyaları təkzib edib.
Modern.az xəbər verir ki, bu barədə Baş Qərargahın saytında məlumat yerləşdirilib.
Məlumatda deyilir ki, KİV-lər tərəfindən yayılmış bu informasiya həqiqəti əks etdirmir.
Məlumatda əlavə olunub ki, Türkiyə HQ Baş Qərargahı heç vaxt antikonstitusion addım atmayıb.
Modern.az