
2002-ci ildə ədəbiyyat üzrə Nobel mükafatı laureatı olan macarıstanlı yazıçı İmre Kertes vəfat edib. Modern.az xarici mediaya istinadən bildirir ki, Budapeştdə 86 yaşında dünyasını dəyişən yazıçı alman həbs düşərgələrindən qələmə aldığı avtobioqrafik romanları ilə məşhurlaşıb.
O, 1944-45-ci illərdə Osventsim və Buhenvald hərbi düşərgələrində saxlanılıb.
1929-cu il noyabrın 9-da anadan olan yazıçının ölüm səbəbi kimi onun uzunmüddətli xəstəliyi göstərilib.
Modern.az