Modern.az

"Terrora məruz qalmışıq"

"Terrora məruz qalmışıq"

Təhsil

31 Mart 2016, 16:49

Martın 31-də ADA universitetində Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının dəstəyi ilə “Konfliktlərin ictimai həyata və gənclərin fəaliyyətinə təsiri” layihəsi ilə bağlı tədbir keçirilib. Əvvəlcə layihə haqqında “Konfliktərin rəngi” adlı rəsm sərgisi və təqdimat videosu nümayiş etdirilib.

Tədbirdə Azərbaycanda akreditə olunmuş səfirliklərin nümayəndələri, Milli Məclisin deputatları, professorlar və gənclər təşkilatların nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Milli Məclisi Gənclər və İdman Komitəsinin, eyni zamanda  Böyük İpək Yolu Beynəlxalq Gənclər İttifaqının sədri Fuad Muradov layihə haqqında ətraflı məlumat verib. Millət vəkili bildirib ki, layihənin əsas məqsədi konfliktlərin, soyqırımların, terror aktlarının ictimai həyata və gənclərin fəaliyyətinə göstərdiyi təsiri yerli və əcnəbi gənclərin nəzərinə çatdırmaqdır.

Fuad Muradov qeyd edib ki, “bu gün hər birimiz üçün Azərbaycanın ərazi bütövlüyü məsələsi əsas istiqamət təşkil etməlidir. Ölkə Prezidenti cənab İlham Əliyevin siyasəti sülh istiqamətlidir. Biz dünyada konfikiklərin, terrorun hər zaman əleyhinə olmuşuq. Lakin eyni zamanda terrora məruz qalmışıq. Məhz bu layihə gənclərin beynəlxalq və lokal konfliktlərin həllində iştirakının artırılması, konfliktlərdən zərər çəkmiş gəncləri vətəndaş hüquqları haqda maarifləndirilməsinə xidmət edir. Layihənin digər bir başlıca nəticəsi yerli gənclərin beynəlxalq səviyyədə əməkdaşlığa daha açıq olmaq, onların beynəlxalq layihələrdə daha ixtisaslaşmış və təcrübəli fəaliyyətinə nail olmaqdır”.

ADA Universitetinin vitse-prezidenti Fariz İsmayılov çıxış edərək tarixdə Azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən soyqırımları xatırlayaq bildirib ki, bu faktlar gənc nəslə aşılanmalıdır. Çünki dövlət və dövlətçiliyimizin qorunmasında bu vacib amillərdəndir. Eyni zamanda bu cür layihələrin, ideyaların gələcəkdə də dəstəklənməsi vacib məsələlərəndir.

Çıxış edən millət vəkilləri Rövşən Rzayev və Sevinc Hüseynova qeyd ediblər ki, gənclərin beynəlxalq müdafiəsi ictimai həyatın bütün sahələrində onların hüquqlarına hörmət və əməl olunmasının təmin edilməsi, həmin hüquqların təminat səviyyəsinin və mexanizmlərinin artırılması məqsədi ilə dövlətlərin və müvafiq beynəlxalq təşkilatların əməkdaşlığını tənzim edən beynəlxalq hüquq normalarının yaradılması gərəklidir.

Azərbaycan Rəssamlar İttifaqının katibi, xalq rəssamı Ağəli İbrahimov, sənətşünas Dilarə Müzəfərli çıxış edərək soyqırımı və konfliklər mövzusunda məhz rəsm sərgisinin seçilməsinin əhəmiyyətinindən danışıb.

Tədbir müxtəlif mövzularda məruzələrlə davam edib. Sonda əldə olunmuş nəticələr barədə fikir mübadiləsi aparılıb. Sonda “Konfliktlərin rəngi” rəsm sərgisinin mükafatlandırma mərasimi keçirilib. Peşəkar və həvəskar rəssamlar diplomlar və hədiyyələrlə mükafatlandırılıb.









Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?