Ermənistan ordusunun əsgəri Qevork Asoyan aprelin 1-də yerli vaxtla səhər saat 9 radələrində döyüş postunda başından ölümcül yara alıb. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, onun hansı şəraitdə güllələndiyi hələ ki məlum deyil.
Bu, Ermənistan ordusunun gün ərzində verdiyi ikinci itkidir. Aprelin 1-də yerli vaxtla saat 12:20-də düşmənin işğalı altında olan təmas xəttinin şərq istiqamətində 20 yaşlı Vladimir Melkonyanı Azərbaycan ordusuun snayperi məhv edib.
Modern.az