Böyük Britaniya sakini Deniel Berker polisə iki kişinin namərdcəsinə onun üzərinə hücum çəkərək qarət etdikləri haqda ərizə ilə müraciət edib. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, asayiş keşikçiləri zərərçəkən həmin şəxslərin onun satmaq üçün nəzərdə tutduğu kokaini oğurladıqlarını deyəndə təəccübləniblər.
Məlumatda qeyd edilir ki, Berker içkili vəziyyətdə olduğundan baş verən hadisənin detallarını xatırlaya bilməyib. Bununla belə, o, kokaini satmağa hazırlaşdığını gizlətməyib.
“Evində yenə narkotik varmı” sualına isə belə cavab verib: “Bəli, boss, var”.
Narkotik ticarətçisi barədə 2 il azadlıqdan məhrumetmə və 200 saatlıq ictimai iş cəzası çıxarılıb.
Modern.az