Modern.az

Qripdən 65 nəfər ölüb

 Qripdən 65 nəfər ölüb

Təhsil

1 Aprel 2016, 22:46

 

Çexiyada qrip epidemiyasından ölənlərin sayı 65 nəfərə çatıb.  Modern.az APA-ya istinadən xəbər verir ki, bu barədə ölkənin dövlət elmi-tədqiqat səhiyyə institutundan bildiriblər.

“Hazırda epidemiya səngisə də, qripin ağırlaşmasından 65 nəfər ölüb, daha 195 nəfər ağır vəziyyətdədir. Xəstəliyə ən çox yoluxanlar paytaxt Praqa, Cənubi Moraviya, ölkənin şimal və mərkəzi bölgəsində yaşayanlardır”, məlumatda deyilir.  

Qeyd olunur ki, Çexiyada “donuz qrip”inə yoluxma halları da qeyd olunub.

 Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?