
BMT-nin baş katibi Pan Gi Mun Azərbaycan-Ermənistan qoşunlarının təmas xəttindəki toqquşmalar barədə açıqlama verib.
Modern.az xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə baş katibi yazılı bəyanatı yayımlanıb.
Pan Gi Mun tərəfləri silahlı hərəkətlərə son qoymağa və atəşin dayandırılması haqqında sazişi yerinə yetirməyə çağırıb. O bildirib ki, mülki əhali arasında itkilərin olmasından və atəşkəsin genişmiqyaslı şəkildə pozulmasından narahatdır.
Qeyd edək ki, cəbhə xəttindəki döyüşlərdə Azərbaycan ordusunun 12 hərbçisi şəhid olub.
Ermənistan tərəfinin rəsmi açıqlamasına görə isə, onların 18 hərbi qulluqçusu ölüb, 35-i isə yaralanıb.
Aqşin KƏRİMOV