Modern.az

Yerevandakı hospitala Qarabağdan 10 yaralı hərbçi gətirilib

 Yerevandakı hospitala Qarabağdan 10 yaralı hərbçi gətirilib

Təhsil

3 Aprel 2016, 00:05

 

Dağlıq Qarabağdakı döyüşlərdə yaralanan 10 erməni hərbçisi Yerevandakı hərbi hospitala yerləşdirilib. Modern.az Ermənistan mediasına istinadən bildirir ki, bu haqda hospitalın rəisi Aram Asaturyan məlumat verib.  

Onun sözlərinə görə, vəziyyətləri stabil ağırdır: “Hospitala yerləşdirilənlər arasında həm həqiqi hərbi xidmət keçənlər, həm də müqavilə ilə qulluq edənlər var”, - Asaturyan deyib.

Ermənistan prezidenti Serj Sərkisyan aprelin 2-də Dağlıq Qarabağda 18 erməni hərbçisinin öldüyünü, 35 nəfərin yaralandığını bildirib. Azərbaycan tərəfi düşmənin itkilərinin bundan qat-qat çox olduğunu iddia edir.

Modern.az  

Sizə yeni x var
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?