Aprelin 2-nə keçən gecə cəbhədə gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Azərbaycan Ordusunun hərbçisi Ramil Elmanoğlu Novruzov sabah doğulduğu Xızı rayonu Giləzi qsəbəsində dəfn ediləcək. Modern.az saytı xəbər verir ki, bu barədə anspress-ə Xızı rayonu icra hakimin müavini Azər Əlizadə bildirib.
Qeyd edək ki, Ramil Elmanoğlu Novruzov 1986-cı ildə Xızı rayonunda anadan olub.
Modern.az