Modern.az

Bu ölkənin prezidenti də Bakıya GƏLİR

Bu ölkənin prezidenti də Bakıya GƏLİR

COP29

31 Oktyabr 2024, 13:52

Konqo Demokratik Respublikasının Prezidenti Feliks Çisekedi Bakıya gələcək.

 

Modern.az-ın məlumatına görə, o, Bakıda keçiriləcək COP29 sammitində iştirak edəcək.

 

Məlumatı Konqo Demokratik Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri İvan Vanqu Nqimbi verib.

 

COP29-un Azərbaycanda keçirilməsi münasibətilə təbriklərini çatdıran səfir Konqo Demokratik Respublikasının Prezidentinin bu tədbirdə iştirak edəcəyini vurğulayıb.

 

Prezident İlham Əliyev Konqo Prezidentinin COP29 tədbirində iştirak edəcəyindən məmnunluğunu bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu