Modern.az

Zelenskinin Türkiyədən inciməsinə Rusiyadan REAKSİYA

Zelenskinin Türkiyədən inciməsinə Rusiyadan REAKSİYA

Dünya

2 May 2022, 11:10

"Ukrayna Prezidenti Volodimir Zelenski bütün Avropadan inciməlidir, təkcə Türkiyədən yox".


Modern.az xəbər verir ki, bu barədə Rusiya Federasiya Şurasının üzvü Aleksey Puşkov özünün Telegram kanalında Kiyevin Türkiyədən rusiyalı turistləri qəbul etməsinə görə inciməsi iddialarını şərh edərkən yazıb.

 

"O, Rusiya qazını almağa davam etdiyinə görə, Avropanın yarısından inciməlidir. Eyni zamanda Avropanın ikinci hissəsini isə Kiyevin tərəfində müharibəyə qoşulmaqdan imtina etdiyinə görə qınamalıdır", - rusiyalı senator vurğulayıb.

 

Qeyd edək ki, ötən gün Ukrayn Prezidenti Volodimir Zelenski Türkiyəni rus turistləri qəbul etdiyinə görə qınayıb.

Sizə yeni x var
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi