Modern.az

Xarkov yenidən raketlə vuruldu - Məktəb yandı

Xarkov yenidən raketlə vuruldu - Məktəb yandı

Dünya

30 İyul 2022, 09:20

İyulun 30-na keçən gecə Rusiya hərbçiləri Xarkovu iki dəfə atəşə tutublar, nəticədə təhsil ocaqlarından birinin binası yanıb.

 

Modern.az xəbər verir ki, bu barədə Xarkov meri İqor Terekov Telegram kanalında məlumat yayıb.


 
"Təxminən gecə saat 3 radələrində Xarkova raket hücumu olub. Raket təhsil müəssisələrindən birinin binasına düşüb. Bina yanmağa başlayıb və yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb", - mer yazıb.

 

Ölən və yaralılar barədə məlumat verilməyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya AĞIR ZƏRBƏ - Ukrayna barıt zavodunu darmadağın etdi