Modern.az

ABŞ 2 milyard dollarlıq hərbi helikopterlər satdı

ABŞ 2 milyard dollarlıq hərbi helikopterlər satdı

26 Avqust 2022, 00:23

ABŞ Dövlət Departamenti Avstraliyaya 1,95 milyard dollar dəyərində hərbi helikopterlərin və müvafiq avadanlıqların satılmasına razılıq verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyi məlumat yayıb.

 

Müqavilə çərçivəsində Avstraliyaya 40 ədəd UH-60M "Black Hawk" helikopteri satılacaq.

 

Dövlət Departamenti, həmçinin 141,1 milyon dollar dəyərində müqavilə ilə Mərakeşə birgə taktiki radio sistemlərinin satışını təsdiqləyib.

 

Agentlik satış barədə Konqresə məlumat verib. Konqres təsdiqlədikdən sonra satışlar həyata keçiriləcək.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?