Ukraynada müharibənin başlamasından sonra həyatı və uşaqları ilə birlikdə Rusiyanı tərk edən SSRİ xalq artisti Alla Puqaçova Moskvaya qayıdıb.
Modern.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Puqaçovanın Moskvadan yeni videoları yayılıb.
O, ölkədən səhhətinə görə müvəqqəti getdiyini bildirmişdi. Müğənni əri, teleaparıcı Maksim Qalkinlə birlikdə Rusiyanı tərk etmişdi.
Qalkin daha əvvəl demişdi ki, Rusiyanı tərk etdikdən cəmi 2 gün sonra gəlirindən məhrum olub.
Akif İsmayılov