Modern.az

İndoneziyada güclü zəlzələ oldu

İndoneziyada güclü zəlzələ oldu

29 Avqust 2022, 08:29

İndoneziyanın qərb sahillərində 5,8 bal gücündə zəlzələ baş verib.

 

Modern.az xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

 

Yeraltı təkanların episentrinin Qərbi Sumatra əyalətində yerləşən və təqribən 840 min əhaliyə malik olan Padanq şəhərindən 191 kilometr qərbdə, ocağının 40 kilometr dərinlikdə olduğu qeyd edilir.

 

Dağıntılar və zərərçəkənlər barədə məlumat verilmir. Sunami xəbərdarlığı elan edilməyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi