Modern.az

Lavrovdan Azərbaycanın sədrlik etdiyi təşkilata DƏSTƏK 

Lavrovdan Azərbaycanın sədrlik etdiyi təşkilata DƏSTƏK 

Dünya

29 Avqust 2022, 13:39

Qoşulmama Hərəkatı beynəlxalq problemlərin həllində müsbət rol oynayır.

 

Modern.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov “Zvezda” telekanalına müsahibəsində bildirib.

 

XİN başçısı deyib ki, indiki dövrdə çoxqütblü, ədalətli və demokratik dünya düzəninin formalaşmasında Qoşulmama Hərəkatı müsbət potensiala malidir. BMT-də 120 səsə malik Qoşulmama Hərəkatı bu beynəlxalq təşkilatın qərarlarına ciddi təsir göstərə bilir.

 

Xatırladaq ki, Qoşulmama Hərəkatı heç bir hərbi bloka qoşulmayan 120 dövləti özündə birləşdirir. Azərbaycan Qoşulmama Hərəkatına 2011-ci ildə üzv olub və hazırda təşkilata sədrlik edir.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi