Modern.az

Anqola prezidenti yenidən dövlət başçısı seçildi

Anqola prezidenti yenidən dövlət başçısı seçildi

29 Avqust 2022, 21:23

Anqolada keçirilən ümumi seçkilərdə ölkənin hakim Anqolanın Azadlığı Uğrunda Xalq Hərəkatı partiyası qalib gəlib.

 

Modern.az xəbər verir ki, bu barədə Anqolanın "Angop" agentliyi məlumat yayıb.

 

Bildirilir ki, partiyanın lideri, hazırkı prezident Joao Manuel Qonçalves Lourenço yenidən qələbə qazanıb.

 

Belə ki, seçkidə hakim partiya 51,17% səs toplayıb. Partiya parlamentdə 220 yerdən 124-nü qazanıb.

 

Müxalif Anqolanın Tam Müstəqilliyi Naminə Milli Birlik partiyası 43,95% səs qazanıb və parlamentdə 90 mandat əldə etməyi bacarıb. Müxalifət seçki saxtakarlığına dair sübutların olduğunu iddia edir.

 

Anqolada seçkilər avqustun 24-də keçirilib. Ölkə qanunvericiliyinə görə, seçkilərdə birinci yeri tutan partiyanın lideri ölkə prezidenti seçilir.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi