Modern.az

Banan maşınından 660 kq narkotik çıxdı

Banan maşınından 660 kq narkotik çıxdı

Dünya

29 Avqust 2022, 22:00

Almaniyanın Brandenburq şəhərində polis banan daşıyan yük maşınından 660 kiloqram kokain tapıb.

 

Modern.az xəbər verir ki, bu barədə şəhər polisi məlumat yayıb.

 

Brandenburq polisi bildirib ki, kokainin ümumi dəyəri 50 milyon avrodur. Hüquq-mühafizə orqanlarının bildirdiyinə görə, bu, şəhərdə ələ keçirilən ən böyük narkotik partiyasıdır.

 

Müstəntiqlərin fikrincə, Kolumbiyadan gələn bananlar kokainin qeyri-qanuni çatdırılması üçün istifadə edilib.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi