Modern.az

Türkiyə səfiri S-300-ə görə Ukrayna XİN-ə ÇAĞIRILDI

Türkiyə səfiri S-300-ə görə Ukrayna XİN-ə ÇAĞIRILDI

Dünya

29 Avqust 2022, 23:04

Türkiyənin Ukraynadakı səfiri Yağmur Ahmet Güldərə bu ölkənin Xarici İşlər Nazirliyinə çağırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə Ukrayna XİN məlumat yayıb.

 

Səfir Rusiya silahlarının Bosfor boğazından daşınmasına görə XİN-ə çağırılıb.

 

Qeyd edək ki, Rusiya Suriyadakı S-300 hava hücumundan müdafiə sistemlərini Krıma aparıb. Sistemlərin daşınması üçün “Sparta-II” mülki yük gəmisindən istifadə edilib və gəmi Bosfor boğazından keçib.

 

Xatırladaq ki, Bosfor boğazından hərbi yüklərin keçməsi qadağan edilib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi