Modern.az

Rəisi Baydenlə görüşmək istəmir

Rəisi Baydenlə görüşmək istəmir

29 Avqust 2022, 23:42

İran Prezidenti İbrahim Rəisi amerikalı həmkarı Co Baydenlə görüşməyəcəyini bildirib.

 

Modern.az xəbər verir ki, bu barədə o, jurnalistlərə açıqlamasında danışıb.

 

Prezident Baydenlə görüşü “faydasız” hesab edir.

 

“Mən əvvəllər də buna “yox” cavabını vemişəm və bir daha təkrar edirəm, bildirirəm ki, bizim aramızda görüşməyin heç bir faydası yoxdur”, - Rəisi qeyd edib.

 

Xatırladaq ki, Rəisi Nyu-York şəhərində keçiriləcək Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının iclasında iştirak edəcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiya Bakıdan qisas alır - Hansı təxribatlara hazır olmalıyıq?