Bu gün Çexiyanın paytaxtı Praqa şəhərində Avropa İttifaqına (Aİ) üzv ölkələrin müdafiə nazirləri görüşüb.
Modern.az bildirir ki, görüşdən sonra İttifaqın baş diplomatı Jozep Borrell mətbuata açıqlama verib.
O deyib ki, təşkilatın Ukraynaya hərbi yardım missiyasının yaradılması üçün işə başlamaq barədə razılığa gəliblər.
“Deyə bilərəm ki, bütün üzv dövlətlər Aİ-nin Ukraynaya hərbi yardım missiyasının parametrlərini müəyyən etmək üçün lazım olan işlərə başlamaq barədə razılığa gəlib”, - deyə Borrel qeyd edib.
Akif İsmayılov