Modern.az

Vətənə xəyanətdə ittiham olunan jurnalistin 24 il həbsi istənildi

Vətənə xəyanətdə ittiham olunan jurnalistin 24 il həbsi istənildi

Dünya

30 Avqust 2022, 19:27

Rusiyada dövlət ittihamçıları vətənə xəyanətdə ittiham olunan jurnalist İvan Safronova 24 il həbs cəzası istəyiblər.

 

Modern.az xəbər verir ki, növbəti məhkəmə sentyabrın 5-də keçiriləcək.

 

Safronov 2020-ci ilin iyulunda həbs edilib. Əvvələr “Vedomosti” və “Kommersant” qəzetlərində hərbi məsələlər barədə yazan jurnalist həbs edilməzdən iki ay əvvəl Rusiyanın Kosmik Agentliyinin rəhbərinin köməkçisi təyin edilib. 

 

O, 2017-ci ildə müxbir kimi çalışarkən NATO üzvü olan Çexiyaya Rusiyanın Yaxın Şərq və Afrikada silah satışı ilə bağlı hərbi sirləri ötürməkdə ittiham edilir. Jurnalist bildirir ki, onun təqdim etdiyi məlumatlar tamamilə açıq mənbələrə əsaslanıb.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi