Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün Brüsselə səfərə gedib.
Modern.az xəbər verir ki, məlumatı Ermənistan hökumətinin mətbuat xidməti yayıb.
Qeyd edək ki, avqustun 31-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın Baş naziri Nikol Paşinyanın üçtərəfli görüşü planlaşdırılır.