Modern.az

Zelenski MAQATE rəhbəri ilə görüşdü 

Zelenski MAQATE rəhbəri ilə görüşdü 

Dünya

30 Avqust 2022, 20:34

Ukrayna Prezidenti Volodimir Zelenski Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi ilə görüşüb. 

 

Modern.az xəbər verir ki, bu barədə CNN Zelenskinin ofisinə istinadən məlumat yayıb.

 

Görüş zamanı nələrin müzakirə edildiyi açıqlanmayıb, danışıqlar MAQATE missiyasının Ukraynaya səfəri çərçivəsində baş tutub.

 

Avqustun 29-da Qrossinin rəhbərlik etdiyi MAQATE missiyası Zaporojye Atom Elektrik Stansiyasını yoxlamaq üçün Ukraynaya gedib. Yoxlama avqustun 31-dən sentyabrın 3-dək aparılacaq.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi