Modern.az

Ağ ev: İran Rusiyaya PUA-lar göndərib 

Ağ ev: İran Rusiyaya PUA-lar göndərib 

Dünya

30 Avqust 2022, 23:36

ABŞ administrasiyası Rusiyanın İrandan “Mohajer-6” və “Shahed” tipli pilotsuz uçuş aparatları aldığını düşünür.

 

Modern.az xəbər verir ki, bunu Ağ Evin mətbuat katibi Karine Jan-Pyer deyib.

 

“Bizim qiymətləndirməmizə görə, Rusiya avqustda bir neçə gün ərzində İrandan PUA-lar alıb", - deyə o qeyd edib.

 

Ağ ev rəsmisinin sözlərinə görə, bu, ilkin tədarüklərdir, lakin davamı da olacaq.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi