Modern.az

Tayvan Çin PUA-sına atəş açdı 

Tayvan Çin PUA-sına atəş açdı 

Dünya

30 Avqust 2022, 23:55

Tayvan ordusu Çinin pilotsuz uçuş aparatına xəbərdarlıq atəşi açıb.

 

Modern.az xəbər verir ki, bu barədə “Focus Taiwan” məlumat yayıb.

 

Bildirilib ki, Şi adası zastavasının əsgərləri 30 metr hündürlükdə, təxminən 200 metr aralıda qadağan olunmuş ərazidə uçan pilotsuz uçuş aparatını aşkar ediblər. Cavab olaraq PUA-ya atəş açılıb.

 

Qeyd edək ki, ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfərindən sonra regionda vəziyyət gərginləşib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi