Modern.az

İraqın Baş naziri istefaya gedir

İraqın Baş naziri istefaya gedir

Dünya

31 Avqust 2022, 00:18

İraqın Baş naziri Mustafa Əl-Kazimi istefa verə bilər.

 

Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, bu barədə o, özü mediaya açıqlamasında bildirib.

 

Kazımi qeyd edib ki, ölkədə mürəkkəb siyasi vəziyyət davam edərsə, vəzifəsindən istefa verəcək.

 

Baş nazir, həmçinin ölkədə baş verən iğtişaşlardan sonra kabinet iclaslarını növbəti xəbərdarlığa qədər dayandırıb.

 

Qeyd edək ki, bir neçə gündür İraqda müxtəlif siyasi qruplar arasında qarşıdurma yaşanır. Polislə iğtişaşçılar arasında baş verən toqquşmalarda və siyasi qruplar arasındakı siyasi qarşıdurmada 20-dən artıq insan həlak olub.

 

Akif İsmayılov 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi