Modern.az

İspaniya Kiyevə döyüş sursatları göndərdi

İspaniya Kiyevə döyüş sursatları göndərdi

31 Avqust 2022, 21:52

İspaniya hökuməti Ukraynaya iki təyyarə və altı yük maşınından ibarət hərbi yardım göndərib.

 

Modern.az xəbər verir ki, bu barədə hökumətin mətbuat xidməti məlumat yayıb.

 

Yardım paketinə ağır artilleriya üçün döyüş sursatları da daxildir.

 

“Bu səhər (çərşənbə günü) Rota dəniz bazasından (Əndəlüs əyalətinin Kadiz vilayəti) Ukraynaya İspaniya silahları göndərilib", - deyə məlumatda bildirilir.

 

İspaniya Müdafiə Nazirliyinin rəhbəri Marqarita Roblesin sözlərinə görə, tədarüklərin həcmi döyüş sursatı ilə birlikdə 75 uçuş təşkil edəcək.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi