Praqada Avropa İttifaqı ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü çərçivəsində Gürcüstan və Ukraynanın XİN başçıları İlya Darçiaşvili və Dmitri Kuleba arasında görüş keçirilib.
Modern.az xəbər verir ki, bu barədə Darçiaşvili özünün "Twitter" hesabında məlumat yayıb.
“Gürcüstanın Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi bir daha sübut olunub. Biz ölkələrimiz arasında əməkdaşlığın əsas istiqamətlərini nəzərdən keçirmişik”, - deyə nazir qeyd edib.
Akif İsmayılov