Modern.az

Putin Ukraynadakı müharibənin məqsədini açıqladı 

Putin Ukraynadakı müharibənin məqsədini açıqladı 

Dünya

1 Sentyabr 2022, 18:48

Prezident Vladimir Putin Ukrayna ərazisində Rusiya əleyhinə anklavın yaradıldığını iddia edib. 

 

Modern.az xəbər verir ki, bu barədə o, Kalininqradda baş turan “Vacib olanlardan danış” adlı açıq dərs zamanı söz açıb.

 

Putinin sözlərinə görə, Rusiyanın "xüsusi əməliyyatı"nın (Rusiya Ukraynadakı müharibəni belə adlandırır - red) məqsədi bu anklavı aradan qaldırmaqdır.

 

"Buna görə də orada döyüşən bizim uşaqlar həm Donbass sakinlərini, həm də Rusiyanın özünü qoruyurlar", - Putin deyib.

 

Prezident, həmçinin iddia edib ki, Donbasda yaşayan insanlar özlərini “Rusiya dünyasının ümumi humanitar, mədəni, linqvistik məkanının” bir hissəsi hesab edirlər.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi