Modern.az

Ukraynadan İstanbula gələn gəmidə nasazlıq yarandı 

Ukraynadan İstanbula gələn gəmidə nasazlıq yarandı 

Dünya

2 Sentyabr 2022, 00:34

Ukraynadan yola çıxan yük gəmisində İstanbula gedərkən texniki nasazlıq yaranıb. Bu səbəbdən Bosfor boğazında gəmilərin hərəkəti dayandırılıb.

 

Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

 

"Lady Zehma" adlı gəmi Ukraynadan İstanbula gələrkən sükanının nasazlığı səbəbindən sahilə çıxıb və Bebek körfəzində lövbər salıb.

 

173 metr uzunluğundakı yük gəmisinin xilas edilməsi üçün xilasetmə gəmiləri göndərilib.

 

Akif İsmayılov

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi