Modern.az

Cümə namazında partlayış - 50 ölü, 100-dən çox yaralı

Cümə namazında partlayış - 50 ölü, 100-dən çox yaralı

Dünya

2 Sentyabr 2022, 15:24

Əfqanıstanın Herat şəhərində məsciddə cümə namazı vaxtı güclü partlayış törədilib.

 

Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, partlayış nəticəsində 50 nəfərin öldüyü, 100-dən çox insanın yaralandığı deyilir.

 

Terror aktı zamanı məscidin imamı, “Taliban”a yaxınlığı ilə tanınan və Əfqanıstanda İŞİD-ə qarşı barışmaz mövqeyi ilə seçilən Mucib Rəhman Ənsarinin də həlak olduğu bildirilir.

 

Hələlik heç bir qruplaşma partlayışı öz üzərinə götürməsə də, insidentin arxasında İŞİD-in dayandığı şübhə doğurmur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi