Modern.az

Tokayev Türk Akademiyasının rəhbərilə görüşüb

Tokayev Türk Akademiyasının rəhbərilə görüşüb

Dünya

2 Sentyabr 2022, 15:36

Xəbər vediyimiz kimi, Beynəlxalq Türk Akademiyası və Monqolustan Elmlər Akademiyası Arxeologiya İnstitutunun birgə apardığı elmi arxeoloji tədqiqatların nəticəsində Arxanqay bölgəsinin Nomqon düzündə İltəriş Xaqana məxsus külliyə (abidə kompleksi) aşkar ediliməsi Türk dünyasında və dünyada böyük marağa  və hadisəyə səbəb olub.

 

Modern.az xəbər verir ki, Bu münasibətlə bu gün Qazaxıstan Respublikasının Prezidenti Kasım -Jomart Tokayev Beynəlxalq Türk Akademiyasının prezidentini qəbul edib. Kasım Jomart Tokayev Monqolustanın Nomqon vadisinin Arxanqay aymakında akademiyanın alimlərdən ibarət arxeoloji ekspedisiyasının nəticələri ilə tanış olub. Tədqiqatçıların aşkar etdiyi Kutluq Elteriş xaqana məxsus   nadir yazılar yazılmış daş külliyəsi ilə maraqlanıb.

 

Darxan Kıdırali bildirib ki, yeni tapılan daş yazılar qədim türklərin insanlıq siivilizasiyasında daha erkən vaxtlar da töhvfə verdiyini sübut edir. Ərazidə tapılan ritual və ayinlər kompleksində də Kutluq xaqanın hakimiyyəti dövrünə aid artefaktlar və simvollar mövcuddur.

 

Görüşdə hadisənin tarixi əhəmiyyəti fonunda, həm də Akademiyanın fəaliyyəti və ümumi türk dərs vəsaitlərinin hazırlanması məsələsi də müzakirə olunub.

 

Darxan Kıdıralı Qazaxıstan prezidneti Kasım Jomart Tokayev, özünün Türk Akademiyasının prezidenti postunda  fəaliyyətinin sona yetdiyi haqqında məlumat verib.

 

Kasım-Jomart Tokayev Monqolustanda elmi-tədqiqatlar aparan ekspedisiyanın nəticələrini və Beynəlxalq Türk Akademiyasının fəaliyyətini yüksək qiymətləndirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi