Modern.az

Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Cəlal Arutyunyana qarşı ittiham irəli sürüldü

Dünya

2 Sentyabr 2022, 17:23

Ermənistanın İstintaq Komitəsi Qarabağdakı qondarma rejimin sabiq “müdafiə naziri” Cəlal Arutyunyana qarşı ittiham irəli sürüb.

 

Modern.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, qondarma qurumun rəhbərinin “müşaviri” olan C.Arutyunyanın səlahiyyətləri dayandırılıb. O, vəzifə öhdəliklərinə səhlənkar yanaşmaqda ittiham olunur.

 

Cəlal Arutyunyan 44 günlük müharibə zamanı 2020-ci il oktybarın 27-də ağır yaralanmışdı.

 

Qeyd edək ki, ötən gün qondarma rejimin keçmiş "müdafiə naziri" Mikael Arzumayan isə ikinci Qarabağ müharibəsi dövründə vəzifə öhdəliklərinə səhlənkarlıqla yanaşmaq ittihamı ilə həbs olunub.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi