Modern.az

Putinin qızları "qara siyahı"ya salındı

Putinin qızları

Dünya

2 Sentyabr 2022, 18:16

Ukrayna Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib.

 

Modern.az xəbər verir ki, sanksiya siyahısına 99 və 178 hüquqi şəxs daxil edilib.

 

Rusiya Prezidenti Vladimir Putinin qızları Katerina Tixonova və Mariya Vorontsova da "qara siyahı"ya salınıb.

 

Bundan əvvəl Kanada və ABŞ Putinin qızlarına sanksiya tətbiq edib. Xarici media Katerina Tixonovanın iş adamı, Mariya Vorontsovanın isə həkim olduğunu yazır. Bu qızların Vladimir Putinin uzun illər evli olduğu və 2013-cü ildə boşandığı Lyudmila Şkrebnevadan (Putina) dünyaya gəldiyi bildirilir.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi